Gadimlie Studio yeni veb saytını istifadəyə verdi

Gadimlie Studio veb saytını yeniləmək qərarına gəldiyini elan edir. Zəhmətimizin nəticəsi gözləntilərimizi keçdi.

Uzun müddət komandamızı narahat etdiyi sual var idi: saytın üzərində işləri tamamilə bitirib, onu sonra işə salmaq və ya onu addım-addım istifadəyə vermək?

Nəticədə komandamız ikinci variantı seçdi və həmin seçimin səbəbi budur: qərar layihəmizi tədricən və kütləvi şəkildə inkişaf etdirməklə, Sizin üçün biznesinizi haradan və necə başlamalı, həmçinin nəyə nail ola biləcəyinizə nümunə olmaq idi.

Hazırki mərhələdə saytın bir neçə bölməsi istifadəyə verilib. Onların birində xidmətlərimizin siyahısı ilə tanış ola bilərsiniz. Saytın üzərində işləyərkən, ən əlverişli, məlumatlı və açıq agentliyə çevrilmək məqsədi qoyulmuşdu. Komandamız saytın inkişafını iyul ayına qədər tamamlamaq fikrində idi, lakin, gürdüyünüz kimi, məqsəd qısa zamanda nail olundu. Saytın üzərində işlər arxa plana keçdi, çünki müştərilərimizin layihələrinə daha çox üstünlük veririk. Saytın ilk versiyasını işə salmaq qərarına gəldik.

Saytda hələ yekunlaşma mərhələsində olan məqamlar var. Tezliklə (gündəlik, həftəlik) komandamız saytın müxtəlif səhifələrini tənzimləyərək, ona maraqlı bölmələri qoşacaq.

Ümid edirik ki, hazırki və gələcək müştərilərimiz, dostlarımız və iş ortaqlarımız, həmçinin Gadimlie Studio haqqında daha çox şey öyrənmək istəyən maraqları olduğu insanlar bu, istifadəsində rahat baxışa malik, faydalı məlumatlarla, maraqlı fikirlərlə və stimullaşdırıcı məzmunla dolu veb saytımızdan zövq ala biləcəklər.